"Qarabağ" belə ab-havada daha məzmunlu oynayır"

16 Sentyabr 2021 16:40 Qarabağ 1 013
"Qarabağ" belə ab-havada daha məzmunlu oynayır"

"Qarabağ" bu gün Konfrans Liqasının qrup mərhələsində ilk görüşünü keçirəcək. Rəqib İsveçrə təmsilçisi "Bazel"dir.

Futbol mütəxəssisi Yunus Hüseynov axşamkı görüşlə bağlı düşüncələrini Sportinfo.az-la bölüşüb:

"Qarabağ"ın bu il qrupdan çıxacağını düşünürəm. Komandanın Konfrans Liqasındakı rəqiblərini analiz etmişəm. "Omoniya" və "Kayrat" digər mərhələlərdə məğlubiyyətlə üzləşdikdən sonra bura kimi gələ bilib. "Bazel" kifayət qədər güclü rəqibdir. Amma onlar da Bakıya bir neçə ciddi itki ilə gəliblər. Bütün bunların fonunda təmsilçimizin uğurlu çıxışına güvənim böyükdür".

"Qarabağ" son görüşünü Azərbaycan Premyer Liqasında əzəli rəqib "Neftçi" ilə keçirdi. İlk hissəsində yaxşı oynayan ağdamlıların ikinci hissə yorğun təsir bağışlaması bir qədər narahatlıq yaratdı. Görəsən, bu gün "Bazel"lə oyunda da eyni hal yaşana bilərmi?

Təcrübəli mütəxəssis sualımızı belə cavablayıb: "Məncə, "Neftçi" ilə oyunda "Qarabağ"ın yorulmasından söhbət gedə bilməz. Sadəcə komanda hesabda öndə olanda belə halın yaşanması normaldı. "Neftçi" ikinci hissə böyük qüvvə ilə irəli atılmağa məcbur oldu. Belə olan halda "Qarabağ"ın müdafiədə çıxış etməsi normal idi. Düşünmürəm ki, bu gün "Bazel"lə oyunda hər hansı yorğunluq olsun".

Hüseynov matçın Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsini müəyyən qədər "Qarabağ"ın ziyanına olan məqam kimi qabardıb: "Meydan meydandır. Sadəcə Tofiq Bəhramov şəhərin mərkəzindədir. Həm tribunalar azarkeşlə dolu olur, həm də stadion daha az azarkeş tutumuna malikdi deyə atmosfer fərqli olur. Belə ab-havada "Qarabağ" daha məzmunlu oynayır. BOS-un isə azarkeş tutumu böyükdür. Həm stadion tam dolmur, həm də eyni ab-hava burada yaşanmır. Ümid edirəm ki, stadionun dəyişilməsi "Qarabağ"a problem yaratmaz".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi