Məşhur iş adamı “Qarabağ”dan nə bilir? - FOTO

4 Avqust 2021 23:00 Qarabağ 1 071
Məşhur iş adamı “Qarabağ”dan nə bilir? - FOTO

“Qarabağ”la AEL-in şansları yarı-yarıyadır”.

Sportinfo.az xəbər verir ki, bunu Kiprin sabiq futbol idarəçisi Vassos Eliades Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la AEL arasında keçiriləcək oyunları barədə danışarkən deyib.

Vaxtilə APOEL-də icraçı direktor vəzifəsində çalışan iş adamı AEL üçün çətin olacağını bildirib:

“Qarabağ” AEL üçün çətin sınaqdır. Komandamız fərqli heyətə malikdir. Azərbaycanda futbola sərmayə qoyulur.

Amma təmsilçimiz heyətini düzgün idarə edir. Bu da ölkəmizdə bir çox klubun qısqanclığına yol aça bilən məqamdır”.

Avqustun 5-də “AEK Arena”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?