“Şah”ı Azərbaycan futboluna qazandıran şəxs: “Mən onu internetdə tapmışam”

4 Avqust 2021 14:20 Qarabağ 3 827
“Şah”ı Azərbaycan futboluna qazandıran şəxs: “Mən onu internetdə tapmışam”

“Mən onu internetdə tap ıb, Azərbaycana gətirmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin məşqçisi olmuş Mahir Mirzəğayev deyib.

Vaxtilə “Şahdağ”ın formasını geyinmiş M.Mirzəğayev “Şah”ı Moskvadan Qusara dəvət etdiyini bildirib:

“Mən onu internet vasitəsilə tanımışam. Birincə dədə sosial şəbəkədə mənə “salam” yazmışdı, sonra belə-belə aramızda əlaqə yarandı.

Özü haqda bir qədər məlumat verəndən ssonra mən onu Azərbaycana - “Şahdağ”a dəvət etdim ki, baxışdan keçsin. Gəldi və ilk məşqlərdən etibarən özü barədə yaxşı fikir yaratdı.

Hədsiz inadkarlığı ilə diqqətimi çəkdi. Bütün günü öz üzərində işləyirdi, yorulmurdu. Dayanmaq bilmirdi.

Onda heç 22-23 yaşı yox idi. Boyu da hələ 170 sm-ə çatmamışdı. Düz 1 il Qusarda qaldı, oynadı. “Sumqayıt”a da elə “Şahdağ”dan getdi.

Şahruddinin ən müsbət cəhəti soyuqqanlı olmasıdır. “Çərçivə”də çox yaxşıdır, reaksiyaları güclüdür. Düzdür, boyu o qədər də hündür deyil, amma bu, onun başqalaraından seçilməsinə mane olmur.

Çünki sabit çıxış edir, qətiyyən arxayınlaşmır. Mən Şahruddinin yaxın gələcəkdə daha da artıracağını fikirləşirəm. Potensialı buna imkan verir”.

Bir zamanlar “Şahdağ”ın heyətində Premyer Liqa və I Divizionda özünü göstərmiş Mirzəğayev Məhəmmədəliyevin onu unutmadığını, tez-tez əlaqə saxladığını söyləyib:

“Axırıncı dəfə dünən danışmışıq. Hal-əhval tutur, maraqlanır. Bilir ki, Qusarda uşaq məşqçisi kimi işimi davam etdirirəm.

Keçənlərdə bizə öz əlcəklərini göndərmişdi. Qədir-qiymət biləndir”.

Digər Xəbərlər
Xəbər Lenti