"Qarabağ" az öncə yeni transfer XƏBƏRİNİ YAYDI - VİDEO+FOTOLAR

4 Avqust 2021 00:56 Qarabağ 3 333
"Qarabağ" az öncə yeni transfer XƏBƏRİNİ YAYDI - VİDEO+FOTOLAR

"Qarabağ” yeni transferi Qaspar Panadero Zamora ilə 3 illik müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vinger komandada 17 nömrəli formanı geyinəcək. O, İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. .

Zamora 1997-ci ilin 9 dekabrında İspaniyanın Tarazona de la Manşa şəhərində dünyaya gəlib.

Futbolun sirrlərini "Albasete"də öyrənməyə başlayıb. 2012-ci ildə - 14 yaşında "Almeriya"ya keçib. Cəmi iki ilə sonra - 2014-cü ildə "Almeriya"nın B komandasına yüksəlib.

Elə həmin ilin 12 sentyabrında "Almeriya"nın əsas heyətində La Liqada debüt edib.

16 yaş 277 günlüyündə La Liqada oyuna çıxıb və "Almeriya"nın heyətində bunu bacaran ən gənc futbolçu kimi tarixə düşüb.

2020-ci ildə 100 min avro qarşılığında Birləşmiş Ərəb Əmirlikliklərinin "Əl-Vahda" klubuna transfer olunub. 6 ay sonra İspaniyaya dönüb və "Kadis"lə anlaşıb.

Lakin bu komandanın əsas heyətində möhkəmlənə bilməyib və 2020/21 mövsümündə Sequnda təmsilçisi "Ponferradina"ya icarəyə verilib.

"Qarabağ"ın yeni legioneri bu komandanın heyətində meydana çıxdığı 24 oyunda 1 qol vurub.

Zamora 2015-ci ildə İspaniyanın U-18 millisində 2, 2015-2016-cı illərdə U-19 millisində 3 oyun keçirib. "Transfermarkt" nəşri ona 300 min avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?