“Neftçi” təklif göndərdi, “Qarabağ”a getdi - SON KEÇİD

27 İyul 2021 16:00 Qarabağ 4 012
“Neftçi” təklif göndərdi, “Qarabağ”a getdi - SON KEÇİD

“Qarabağ” və “Neftçi” Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna transferi baş tutmayan Bəhlul Mustafazadəni heyətinə qatmaq istəyir.

“Sabah”la müqaviləsinə xitam verildiyi üçün azad agent statusu daşıyan millinin müdafiəçi hazırda hər iki tərəflə danışıaqlar aparır.

Mustafazadə “Sabah”dan “Əl-Əyn”ə transfer olunsa da, BƏƏ təmsilçisi onun keçidindən son anda imtina edib. Bu səbəbdən Masazır təmsilçisi FİFA-ya şikayət ərizəsi göndərməyi planlaşdırır.

Axı “Sabah” Mustafazadənin ərəb klubu ilə 3 illik anlaşması üçün onunla müqaviləni ləğv edib. Halbuki Bəhlulla sözləşməsi gələn ilin yayında bitəcəkdi.

Düzdür, 24 yaşlı oyunçunun transfer vərəqi hələ də “Sabah”dadır, amma klubun onunla yenidən anlaşması çətin görünür. Çünki “Sabah” problemə FİFA-nın aydınlıq gətirəcəyi vaxtadək gözləmək məcburiyyətindədir.

Müştərilərə gəlincə, “Qarabağ” Bəhlulu heyətinə qatmağa “Neftçi”dən daha yaxındır.

Doğrudur, bakılılar daha yaxşı maliyyə şərtləri təklif edir, buna baxmayaraq, yığma üzvü “köhlən atlılar”ın şərəfini qorumağa daha çox can atır.

Bu keçidin qarşıdakı günlərdə, daha dəqiq desək, iyulun 29-da “Aşdod”la keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra açıqlanması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı