İçlərindən bir nəfər çıxıb, “komandamızı mən uduzdurdum” ETRAFI ETDİ

23:00 Qarabağ 146
İçlərindən bir nəfər çıxıb, “komandamızı mən uduzdurdum” ETRAFI ETDİ

“Çox məyusam. Çoxlu səhvlərə yol verdik və uduzduq”.

Bu sözləri “Dinamo Kiyev”in televiziya kanalına müsahibə verən Vladimir Brajko deyib.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – “Dinamo” görüşündə təmsilçimiz inamlı qələbə qazanmağı bacardı.

Bir həftə öncə Polşada Ukrayna təmsilçisinə 1:0 uduzan “köhlən atlar” yenilginin əvəzini 2:0-la çıxmaqla pley-offa yüksəldi.

“Ağ-göylər”in əsas simalarından olan 24 yaşlı Brajko məğlubiyyətə görə özünü günahlandırıb:

“Oyuna yaxşı başlamadıq. Xüsusilə ilk hissə, ilk 30 dəqiqə bizim üçün çox ağır keçdi. İkinci hissədə oyunun gedişatını bir az xeyrimizə dəyişə bildik.

Əlverişli qol şanslarımız oldu, xüsusilə də mənim epizodum. İndi özümü günahkar hiss edirəm və azarkeşlərdən üzr istəyirəm.

Buraxdığımız ikinci qola görə məsuliyyəti öz üzərimə götürürəm. Həmin epizodda qol vursaydım, hər şey tamamilə başqa cür ola bilərdi.

Ona görə də hamıdan üzr istəyirəm. Belə alındığı üçün çox təəssüf edirəm. Hazırda yalnız mənfi emosiyalar keçirirəm”.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə görüşəcək.

İlk oyun avqustun 20-də Niderlandda, cavab qarşılaşması avqustun 27-də Azərbaycanda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti