Azərbaycanda iki futbolçunun həlak olduğu qəzanın görüntüləri - VİDEO+FOTO

09:20 Hadisə 168
Azərbaycanda iki futbolçunun həlak olduğu qəzanın görüntüləri - VİDEO+FOTO

Azərbaycanda iki futbolçunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Sportinfo.az xəbər verir ki, iyulun 29-da Qobu-Lökbatan yolunda baş vermiş qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.

Həlak olan Bəhruz Sultanov və Rauf Hüseynov "Qobu" futbol klubunun oyunçuları olublar.

"Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

View this post on Instagram

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!