“Səhv etmisizsə, layiq olduğunuz bütün tənqidləri dinləməyə cəsarətiniz olsun”

12:40 Qarabağ 157
“Səhv etmisizsə, layiq olduğunuz bütün tənqidləri dinləməyə cəsarətiniz olsun”

Kiyev “Dinamo”sunun sabiq futbolçusu Artem Kravets komandanın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyətindən sonra klubun davranışını kəskin tənqid edib.

Sportinfo.az xəbər verir ki, Bakıdakı cavab görüşündə 0:2 hesablı məğlubiyyətdən sonra Ukrayna klubu sosial şəbəkələrdə şərh bölmələrini bağlayıb.

Kravets isə buna narazılığını bildirib:

“Niyə və bunu kim qərarlaşdırıb? Əgər səhv etmisinizsə, layiq olduğunuz bütün tənqidləri dinləməyə cəsarətiniz olsun.

Kiminsə həddindən artıq sərt tənqid etdiyini demək olar. Əlbəttə, kiməsə ölüm arzulamaq olmaz. Amma bu qədər səhv etdikdən sonra tənqidi dinləməyə cəsarətiniz olmalıdır.

Mən məşqçinin yerində olsaydım, hətta bu şərhləri nəzəri məşğələdə futbolçulara göstərərdim”.

İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!