Misli Premyer Liqasında I tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda "Şamaxı" "Qarabağ"ın qonağı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1.
"Köhlən atlar"ın heyətində Renaldo Sefas 29-cu dəqiqədə hesabı açıb.
Qonaqların heyətində Edqar Adilxanov 44-cü dəqiqədə tarazlığı bərpa edib. 59-cu dəqiqədə "Şamaxı"nın oyunçusu Rikardo Apolinario avtoqol müəllifi olub.
85-ci dəqiqədə "Qarabağ"ın legioneri Aleksey Kaşuk adını tabloya yazdırıb.
“Qarabağ” – “Şamaxı” 3:1
Tofiq Bəhramov adına Respublika Stadionu, 1215 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Şirmamed Mamedov
Dördüncü hakim: Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Filipe Markes, 21 (qeyri-idman hərəkəti); Rikardo Fernandes, 45+3 (hakimin qərarına etiraz); Rui Paşeko, 72 (qeyri-idman hərəkəti); Abdul Raşid Mumini, 79 (qeyri-idman hərəkəti)
Qollar: Renaldo Sefas, 28; Rikardo Apolinario (ö.q.), 59; Aleksey Kaşuk, 85 // Edqar Adilxanov, 43
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Qarabağ”
99. Mateus Koxalski
22. Musa Qurbanlı
20. Kadi Borqes (k)
2. Mateus Silva
(13. Bəhlul Mustafazadə, 74)
5. Bruno Lanqa
9. Joni Montiel
(8. Marko Yankoviç, 55)
29. Renaldo Sefas
25. Cebrail Makreçkis
7. Jali Muaddib
(21. Aleksey Kaşuk, 60)
88. Samuel Lobato
(35. Pedro Bikalyo, 55)
4. Bense Varkonyi
(55. Bədavi Hüseynov, 74)
Ehtiyat oyunçular:
23. Martin Zlomisliç
1. Şahruddin Məhəmmədəliyev
32. Hikmət Cəbrayılzadə
49. Əli Bəşirov
18. Dani Bolt
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”
1. Rikardo Fernandes (k)
5. Emin Rüstəmov
97. Oruc Məmmədov
(80. Həbib İsmayılov, 46)
10. Edqar Adilxanov
(77. Okan Təhməzli, 82)
25. Filipe Markes
(7. Emil Süleymanov, 64)
13. Rikardo Apolinario
11. Ayman Bouali
(14. Uğur Cahangirov, 46)
3. Jota
19. Abdullahi Şuaybu
(9. Tornike Axvlediani, 57)
4. Rui Paşeko
52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
88. Hacıəli Şirəliyev
17. Sənan Muradlı
66. Ceyhun Bağırzadə
8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov
