Azərbaycan millisinin oyunçusu Anatoli Nuriyev Macarıstan çempionatında ilk qolunu vurub.
Sportinfo.az xəbər verir ki, o, yüksək liqanın 4-cü turunda fərqlənib.
30 yaşlı hücumçunun çıxış etdiyi “Kişvarda” komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 57-ci dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə topu rəqib qapısından keçirib.
