“Üç-dörd ay asfaltda məşq etmişəm” - Elvin Cəfərquliyev

02:30 Qarabağ 91
“Üç-dörd ay asfaltda məşq etmişəm” - Elvin Cəfərquliyev

Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” “Dinamo Kiyev”i 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin açıqlaması maraqla qarşılanıb.

Futbolçu oyundan sonra 3-4 ay əvəzedici heyətdə qaldığını və “meydançası bərbad olan yerlərdə, asfaltda məşq etdiyini” bildirib.

Cəfərquliyev yaşananların onun üçün asan olmadığını, daha yaxşı oyun nümayiş etdirəcəyini bildirib.

Baş məşqçi Qurban Qurbanov isə futbolçunun bu sözlərinə zarafatla cavab verib:

“Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. Asfaltda məşq etməyib,

Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”.

Elvin Cəfərquliyev oyunun 72-ci dəqiqəsində əvəzlənib.

Ağdam klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. İlk oyun 1:0 hesabı ilə "Dinamo"nun xeyrinə qurtarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!