“Neftçi”nin yeni hücumçusu: “Bizə bir az da vaxt lazımdır ki...”

18 Avqust 11:00 Neftçi 832
“Neftçi”nin yeni hücumçusu: “Bizə bir az da vaxt lazımdır ki...”

"Neftçi"nin hücumçusu Lyubomir Tupta Misli Premyer Liqasının 1-ci turunun "Sumqayıt"la(1:3) görüş haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, slovakiyalı səfər görüşündəki qalibiyyət haqda klubun yutub kanalına danışıb:

"Bu oyunda qalib gəlmək mütləq idi. Çünki Premyer Liqada mövsümkəki ilk oyunumuza çıxırdıq.

Vurduğum qol da buna əlavədir. Çox sevinirəm. İşləməyə davam etmək lazımdır".

Tupta, Breno Almeyda və Varqasla yaranan trio haqda isə bu cür danışıb:

"Son iki həftə trio üzərində məşq gedir. Hər şey çox yaxşıdır.

Ancaq bizə bir az da vaxt lazımdır ki, daha yaxşı çıxış edək. İşləyirik".

Digər Xəbərlər
Xəbər Lenti