Azərbaycan yığması dünya çempionatına iki medalla start verdi

04:20 Güləş 46
Azərbaycan yığması dünya çempionatına iki medalla start verdi

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kiloqram) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kiloqram) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medala layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!