Dörd yaşlı azarkeşə qarşı biabırçı hərəkət - VİDEO

18 Avqust 10:20 Türkiyə 1 072
Dörd yaşlı azarkeşə qarşı biabırçı hərəkət - VİDEO

Türkiyə Superliqasının 1-ci turunda keçirilən “Gənclərbirliyi” - “Fənərbaxça” matçında yaşanan hadisə ciddi rezonans doğurub.

Sportinfo.az xəbər verir ki, meydan sahibi komandanın azarkeşləri İstanbul klubunun onların tribunasında əyləşən 4 yaşlı balaca tərəfdarının geyindiyi “Fənərbaxça” formasını çıxartdırıb.

Onların bu hərəkəti böyük tənqidə səbəb olub. Hadisə ilə bağlı bir nəfər saxlanılıb və barəsində araşdırma başlanılıb.

“Fənərbaxça” da hadisə ilə bağlı açıqlama yayıb və balaca tərəfdarla atasını Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Lion”la matça dəvət edib:

“Gənclərbirliyi” ilə oyunda formamızı geyinən və rəqib azarkeşlər tərəfindən təzyiqə məruz qalan balaca tərəfdarımız Göktuğ Alımcı və atası Selami Alımcı ilə əlaqə saxlanılıb. Onlar “Lion” matçına dəvət olunub”.

“Fənərbaxça” “Gənclərbirliyi”nə 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM