Yaxşı tanıdığı müdafiəçini “Mançester Siti”də görmək istəyir

18 Avqust 00:10 İngiltərə 570
Yaxşı tanıdığı müdafiəçini “Mançester Siti”də görmək istəyir

“Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qusto yenidən “Mançester Siti”nin transfer gündəmindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” fransalı futbolçuya marağını yenidən artırıb. Komandanın baş məşqçisi Enzo Mareska müdafiəçini “Çelsi”ni çalışdırdığı zamandan yaxşı tanıyır.

Lakin transferin qarşısındakı əsas maneə futbolçunun qiymətidir. “Çelsi” Qusto üçün təxminən 82 milyon avro tələb edir. Daha əvvəl də yüksək transfer məbləği səbəbindən danışıqların çətinləşdiyi bildirilib.

23 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM