"Kəpəz" mövsümə məğlubiyyətlə start verdi.
Bölgə klubu son çempion "Sabah"a uduzdu - 0:2.
Əslində bu qarşılaşma Gəncədə baş tutmalıydı.
Sadəcə "bayquşlar" Çempionlar Liqasının pley-off mərhələsində iştirakı səbəbindən görüş Bakıda keçirildi.
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov üçün yeni təcrübə deyil.
Təcrübəli mütəxəssisin klubdakı birinci dövründə də eyni halla üzləşib.
Nəticəsi isə çox ağır olub.
Belə ki, 2 mövsüm öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun xahişini nəzərə alan Məmmədov Tovuz şəhər stadionunda keçirilməli olan matçın Bakıda oynanılmasına razılıq əldə olunmuşdu.
Azər Məmmədov məhz həmin oyunda Ağdam klubuna 1:7 məğlubiyyətdən sonra "Kəpəz"in baş məşqçi postundan istefa vermişdi.
Görəsən, darmadağın qeydə alınsaydı, yenə eyni qərarı görə bilərdikmi?
Bəndənizin sualına Məmmədov bu cür reaksiya verib:
"Düzgün məqama toxundun. Həmin anı yaxşı xatırlayıram.
İlk öncə onu deyim ki, yenilənən stadionumuzda, azarkeşlərimiz önündə oynamağı çox istəyirikdik, lakin “Sabah”ın xahişinə müsbət cavab verdik və meydan dəyişikliyinə razılaşdıq.
Keçmişə qayıdası olsaq... O vaxt belə situasiyalar üçün kifayət qədər təcrübəli deyildim.
Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim".
XANOĞLAN/ SPORTİNFO.AZ
