Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra nə edəcəyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 41 yaşlı forvard “Vogue” nəşrinə açıqlamasında gələcəklə bağlı planlarının artıq hazır olduğunu bildirib:
“Gələcəyimi planlaşdırmışam. Məni o qədər çox iş gözləyir ki, onlardan yalnız birini seçmək çətindir.
Futbol böyük bir boşluq yarada bilər və onu təkcə bir şeylə deyil, müxtəlif yollarla doldurmaq lazımdır.
Daha çox əylənmək, səyahət etmək, padelə (tennisə bənzəyən, amma daha kiçik və ətrafı şüşə/divarlarla əhatələnmiş kortda oynanan raketka idman növü) baxmaq və oynamaq istəyirəm.
Bu idman növünü çox sevirəm. Həmçinin, əldə etdiklərimizdən, həyat yoldaşımla birlikdə qazandığımız uğurlardan zövq almağa davam edəcəm. Axı bütün bunlar 25 il ərzində çəkilən böyük fədakarlıqların nəticəsidir”.
Ronaldo geridə qalan mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə verib.
Portuqaliyalı oyunçu 2026-cı il dünya çempionatında isə 5 matçda 3 dəfə fərqlənib.
Ronaldo karyerası ərzində 5 dəfə “qızıl top” mükafatına layiq görülüb.
