Premyer Liqada 71-ci əcnəbi baş məşqçi işləməyə başladı

01:10 Sumqayıt 104
Premyer Liqada 71-ci əcnəbi baş məşqçi işləməyə başladı

Misli Premyer Liqasının 1-ci turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib.

O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!