100 milyon avroluq transferi yekunlaşdırır - “Mançester Siti”

17 Avqust 18:40 İngiltərə 511
100 milyon avroluq transferi yekunlaşdırır - “Mançester Siti”

“Mançester Siti” “Lill”in yarımmüdafiəçisi Ayyub Buaddini transfer etmək üçün razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

“Şəhərlilər”in mərakeşli futbolçu üçün təxminən 100 milyon avro ödəyəcəyi gözlənilir.

Buaddinin transferi Rodrinin “Barselona”ya keçidindən sonra rəsmiləşəcək. İspaniyalı yarımmüdafiəçinin “Mançester Siti”dən ayrılması artıq razılaşdırılıb.

Buaddi 2025/26 mövsümündə “Lill”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 18 yaşlı futbolçu 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 5 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM