“Tvente” 1500 yer ayırdı - “Qarabağ”sevərlərə

08:50 Qarabağ 120
“Tvente” 1500 yer ayırdı - “Qarabağ”sevərlərə

Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) – "Qarabağ" matçının vauçerləri bu gün satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, vauçerləri bu gün saat 17:00-dan etibarən "İticket.az" saytından onlayn şəkildə əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək.

Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

"FC Twente Stadion"da Azərbaycan təmsilçisinin azarkeşləri üçün 1500 yer ayrılıb. Qonaq komandanın tərəfdarları 325 və 326-cı sektorlara "Gate X" girişindən daxil olacaqlar.

"Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!