Risk etməyi xoşlayan klub prezidenti - O, baş məşqçini niyə dəyişib?

09:40 Hadisə 387
Risk etməyi xoşlayan klub prezidenti - O, baş məşqçini niyə dəyişib?

Premyer Liqada bu qədər klub var, hərəsinin də öz rəhbəri. Hərəsi bir cür idarəçidir.

«İmişli»nin prehidenti Kamran Eyyubov əksər həmkarlarından fərqlənir.

O, risk etməyi xoşlayır.

Əlbəttə, sonunu düşünən qəhrəman ola bilməz. Eyyubov bəzən elə qərarlar verir ki… Başqaları həmin addımı atmaz.

Məsələn, ağzından süd iyi gələn Fərid Namazova baş məşqçi postuna əyləşdirməsi kimi.

Bunadək aşağı yaş qrupları üzrə millilərdə işləmiş, «Qarabağ»ın akademiyasında boy atmış, I Liqadan o tərəfi görməmiş bu gəncə güvənmək, doğrudan da, ürək istəyir.

Deyəsən, Kamran Eyyubov şir ürəyi yeyib və Premyer Liqada ikinci mövsümünü keçirməyə başlayan komandanın sükanını təcrübəsiz birinə etibar edib.

Məncə, o, aylarla danışıqlar apardığı əcnəbi mütəxəssislərdən birini Azərbaycana gətirə bilərdi.

Ayda 10-15 min dollar maaş vermək Kamran Eyyubova problem olmaz.

Keyfinə düşsə, ondan artıq əməhaqqı da ödəyər. Görünür, gözü tutmayıb.

Fərid Namazovda nə görüb, bəs? Hələlik dəqiq proqnoz səsləndirmək, reallığa yaxın gələn ehtimal irəli sürmək tezdir.

Bəlkə də fikirləşib ki, Jorj Kaşkilyaya hər tapşırığımı icra etdirə bilmirdim, amma Fərid Namazovla problem yaşamaram.

Ola bilsin, portuqaliyalı əvvəlki baş məşqçinin oynatdığı ultra müdafiə futbolundan cana doymuşdu, indi baxımlı, gözəgəlimli, hücum edən komandasının olmasını istəyir.

«Araz-Naxçıvan»la qarşılaşmada bunun bəzi işartıları sezildi. «İmişli» nominal ev sahiblərindən daha hazır, daha iştahlı və daha özgüvənli təsir bağışladı.

Arxada dayanıb növbə çəkmədilər, xoşbəxtliyi qarşı tərəfin qapısı ağzında axtardılar, iki-üç əla epizod yaxaladılar.

Qol vura bilməsələr də, 3 xala layiq olduqlarını deməliyəm.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!