“Murad topla “Zalsburq” “restoranının sağ “şüşəsini sındırdı” - Hamı ondan danışır

16:40 Hadisə 285
“Murad topla “Zalsburq” “restoranının sağ “şüşəsini sındırdı” - Hamı ondan danışır

Azərbaycanlı vinger Murad Məmmədov Kiprdə gündəmin adamıdır.

20 yaşlı həmyerlimiz formasını geyindiyi “Pafos”un heyətində “Zasburq”un qapısına vurduğu möhtəşəm qolla özünə olan diqqəti birə-beş artırıb.

İndi hamı ondan danışır – həm azarkeşlər, həm jurnalistlər, həm də futbol mütəxəssisləri.

“Pafos”un tanınmış azarkeş səhifələrindən olan “Pafos news” oyundan sonra Murad barədə xüsusi paylaşım edərək “47 nömrə”nin şəninə tərif yağdırıb:

“ПО-ПО-ПО!!! Nə qoydun ortaya, Murad!!!

O, 82-ci dəqiqədə meydana daxil oldu və cəmi iki dəqiqə ərzində topu möhtəşəm üslubda tora göndərməyi bacardı.

“Pafos”un gənc milli futbolçusu Murad 84-cü dəqiqədə topu qəbul edərək əsl raket zərbəsi vurdu və topla “Zalsburq” “restoranının sağ “şüşəsinə sındırdı”

Videooyunlardakı qolu xatırladan bu möhtəşəm zərbə göstərdi ki, gənc hücumçu təkcə cəsarətli və özünəinamlı deyil, həm də nadir istedada malik futbolçudur.

Belə möhtəşəm Avropa gecəsində Murad əvəzlənərək meydana çıxdı və cəmi bir neçə saniyə ərzində öz üslubunu nümayiş etdirdi.

O, gəldiyi gündən heç bir uyğunlaşma müddətinə ehtiyac duymadı. Məsuliyyəti üzərinə götürməkdən qorxmadı, tərəddüd etmədi və futbol gücünü göstərməkdən çəkinmədi.

Bu da nəticə!.

Gənc milli futbolçudan böyük Avropa səhnəsinə layiq möhtəşəm qol.

İki dəqiqə ərzində meydanda olan Murad böyük futbol potensialını nümayiş etdirdi və onun gələcəyi həqiqətən parlaq görünür.

Əgər bu, onun Avropadakı ilk böyük addımıdırsa, “Pafos” azarkeşlərinin növbəti çıxışları səbirsizliklə gözləməsi üçün hər cür əsas var.

Murad gəldi, gördü və… VURDU!!!”

Cümə axşamı Kiprdə baş tutan “Pafos” – “Zalsburq” matçının gedişində meydan sahibləri hesabda 2:0 önə keçib.

Avstriyalılar ikinci hissədə 3 top vuraraq hesabı xeyrinə dəyişsə də, 82-ci dəqiqədə mübarizəyə qoşulan Murad Məmmədovun fantastik qolu sayəsində hesab 3:3 olub və oyun bu hesabla başa çatıb.

“Pafos” ilk qarşılaşmada 0:1 uduzduğuna görə Avropa Liqası ilə vidalaşaraq Konfrans Liqasının pley-off mərhələsinə yuvarlanıb. Həmyerlimizin komandasının buradakı rəqibi Albaniya təmsilçisi “Dinamo Siti” olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti