Elvin bu olaydan sonra qışqırdı: “Mən burdayam” - VİDEO

17 Avqust 23:40 Qarabağ 397
Elvin bu olaydan sonra qışqırdı: “Mən burdayam” - VİDEO

«Qarabağ» Konfrans Liqasının pley-off mərhələsinə Bakıda vəsiqə qazandı.

Polşadakı ilk oyunda «Dinamo»ya 0:1 hesabıyla uduzan Ağdam təmsilçisi doğma azarkeşləri önündə istədiyi nəticəni əldə etdi.

Hər hissədə vurduğu 1 qolla. Jali Muadibin dəqiq zərbəsiylə fasiləyə üstün yollanan «köhlən atlar» ikinci hissədə Aleksey Kaşukun vuruşuyla fərqi 2-yə çatdırdı.

Həmin anda Elvin Cəfərquliyev diqqət mərkəzinə düşdü.

O, sol cinahdan cərimə meydançasına daxil olaraq qapı önünə ötürmək verməklə ukraynalı vingeri qol müəllifi etdi.

Assistlə yadda qalan müdafiəçi kameralara yaxınlaşaraq, emosional şəkildə «mən buradayam» qışqırdı. Elvinin bu hərəkəti sosial şəbəkələrdə viral olub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti