“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında fransalı vingerlə vidalaşıb.
Cəfərquliyev Zubirin fotosunu paylaşaraq ingiliscə yazıb:
“Səni unutmayacam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram”.
Elvin həmçinin Azərbaycan dilində bu qeydləri edib: “Gözüm səni axtaracaq”.
“Qarabağ” sol cinahda çıxış edən hər iki futbolçu bir-birini yaxşı başa düşən oyunçular hesab olunurdu.
Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.
