"Qarabağ" zədəli müdafiəçisi Elvin Cəfərquliyevlə bağlı açıqlama yayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Bildirilib ki, Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Elvin UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə keçiriləcək oyunları buraxacaq.
“Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də Enshededə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.
Klubun bir neçə gün əvvəl yaydığı açıqlamda bildirilmişdi ki, MRT yoxlanışından keçən futbolçunun sağlamlığında hər hansı problem aşkar olunmayıb.
Elvin Cəfərquliyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo" ilə ilk oyununda zədələnmişdi.
