Rusiya Pari Liqası 2026/2027 mövsümünün 6-cı turunun “Soçi” və “Volqa Ulyanovsk” arasında təxirə salınmış oyunu başa çatıb.
Sportinfo.az xəbər verir ki, “Soçi” futbolçuları 1:0 hesablı qələbəni qeyd ediblər.
oyunun yeganə qolunu 50-ci dəqiqədə yarımmüdafiəçi Maksim Kaynov vurub.
“Soçi” mövsümdə topladığı xalların ümumi sayını 10-a çatdırdı və turnir cədvəlində beşinci yerə yüksəlib.
“Volqa” ilə matçda bu yaxınlarda “Soçi”yə transfer olunmuş həmyerlimiz Ramil Şeydayev yeni klubunda debüt edib.
Klubun məlumatında bildirilir ki, Şeydayev bununla “Soçi”də çıxış etmiş 147-ci futbolçu olub.

