Təmsilçilərimiz İspaniya Supekubokunda 2 qızıl əldə etdi

18 Avqust 04:30 Cüdo 509
Təmsilçilərimiz İspaniya Supekubokunda 2 qızıl əldə etdi

Azərbaycan cüdoçuları İspaniya Superkubokunda 2 qızıl medal qazanıblar.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində turnirdə qüvvələrini sınayıblar.

Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti