“Qarabağ”dan ayrılan tanınmışa dair elə faktlar açıqladılar ki... FOTOLAR

00:50 Qarabağ 174
“Qarabağ”dan ayrılan tanınmışa dair elə faktlar açıqladılar ki... FOTOLAR

Peşəkar Futbol Liqası “Qarabağ”dan ayrılan Abdullah Zubirlə bağlı xüsusi paylaşım edib.

Sportinfo.az xəbər verir ki, PFL 8 ildən sonra Ağdam klubu ilə vidalaşan futbolçunun Azərbaycan karyerasındakı göstəricilərini təqdim edib.

Məlumata görə, Zubir “Qarabağ”ın heyətində 368 oyuna çıxıb və 78 qol vurub.

O, klub tarixində ən çox matç keçirən futbolçular arasında 7-ci, ən çox qol vuranlar sırasında isə 2-ci yerdədir.

Zubirin “Qarabağ”da ilk qolu 23 sentyabr 2018-ci ildə “Qəbələ” ilə matçda qeydə alınıb.

PFL həmçinin Zubirin Azərbaycan klublarının heyətində avrokuboklarda vurulan qollar üzrə 18 qolla rekordçu olduğunu vurğulayıb.

Paylaşımda futbolçuya belə təşəkkür edilib: “Futbolumuza rəng qatdığın üçün təşəkkürlər!”

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!