AFFA-da struktur dəyişikliyinə start verilib.
Bu barədə federasiyadan saytımıza məlumat daxil olub.
Redaksiyamıza bildirilib ki, islahat ilkin mərhələdə bir neçə departament və şöbəni əhatə edir. 10-dan artıq vəzifəli şəxs və sıravi əməkdaş ixtisara düşüb.
Onlara xəbərdarlıq olunub ki, sentyabrın 1-dən etibarən işə çıxmasınlar. Bunun müqabilində həmin funksionerlərə 3 aylıq maaş miqdarında bəribaşdan ödəmə ediləcək.
Hazırda AFFA-nın işçilərinin sayı 200 nəfərdən çoxdur. Burada çalışanların mütləq əksəriyyəti Elxan Məmmədovun rəhbərliyi dönəmindən qalanlardır.
Görünür, qurumun başbilənləri yeni komanda formalaşdırmaq yönündə işlərə məhz indi start verməyi lazım bilib.
SPORTİNFO.AZ
