"Mən 11 və 12-ci dəfə də Avropa çempionu ola bilərəm" - İlham Zəkiyev

04:40 Cüdo 72
"Mən 11 və 12-ci dəfə də Avropa çempionu ola bilərəm" - İlham Zəkiyev

Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev 11 və 12-ci dəfə Avropa çempionu ola bilər.

Sportinfo.az xəbər verir ki, təcrübəli paracüdoçu bu barədə "report"a açıqlama verib.

O, Almaniyanın Heydelberq şəhərində keçirilmiş paracüdo üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib:

"10-cu dəfə Avropa çempionu olduğum üçün sevinirəm. İlk dəfədir ki, bu hissi yaşayıram. Normal hissdir. Sayın əhəmiyyəti yoxdur. Çempionluq sayı 11 və 12 də ola bilər. Sadəcə, 10 yubiley rəqəmdir".

İ.Zəkiyev finalda məğlub etdiyi ispaniyalı Qarros Suares haqqında danışıb:

"Onun görüşlərini izləyirdim. Yaxşı idmançılara qalib gəlib. Onun texnikası üzərində işləmişdik. Bu, öz bəhrəsini verdi və finalda qalib gələ bildik. Çox potensiallı rəqibdir. Gələcəkdə başağrı verəcək, indi gəncdir".

Paralimpiyaçı məşqçilərin yarışda idmançılara çox motivasiya verdiyini sözlərinə əlavə edib:

"Dünyanın ən gözəl himninin sədaları altında bayrağımızın zirvədə olmasını istəyirdim. Bu məqsədə də çatdıq. Bu qələbəmizi Azərbaycan xalqına həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram".

Avropa çempionatında milli üzvlərindən Saleh Sultanov (J1, 81 kq), Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!