27 yaşlı oğlan futbol oynayarkən öldü - Binə stadionunda

18 Avqust 08:10 Hadisə 533
27 yaşlı oğlan futbol oynayarkən öldü - Binə stadionunda

Bakıda gənc oğlan futbol oynayarkən vəfat edib.

Sportinfo.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.

Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman səhhətinin qəfil pisləşməsi səbəbindən həyatını itirib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır.

Digər Xəbərlər
Xəbər Lenti