“Bu, futbolda son ilim ola bilər” - Ronaldo mesaj verdi

12:00 Dünya futbolu 101
“Bu, futbolda son ilim ola bilər” - Ronaldo mesaj verdi

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasının sonu ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı ulduz bu barədə müsahibəsində danışıb.

Ronaldo bildirib ki, 25 illik futbol karyerasını başa vurmağa hazırlaşır:

“Bu, futbolda son ilim ola bilər və böyük miras qoymaq istəyirəm”.

Portuqaliyalı futbolçu karyerasını başa vurduqdan sonra səyahət etmək, padel oynamaq və futboldan kənar müxtəlif fəaliyyətlərlə məşğul olmaq istədiyini də qeyd edib.

Ronaldo bildirib ki, futboldan ayrıldıqdan sonra həyatında böyük boşluq yaranacaq və həmin vaxtını müxtəlif fəaliyyətlərlə dolduracaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!