“Qarabağ”dan ayrıldı, səmimi paylaşımı ilə göz yaşartdı

07:50 Qarabağ 138
“Qarabağ”dan ayrıldı, səmimi paylaşımı ilə göz yaşartdı

“Qarabağ”dan ayrılan Abdullah Zubir Ağdam klubu ilə vidalaşıb.

Sporinfo.az xəbər verir ki, 34 yaşlı fransalı sosial şəbəkə hesabında paylaşım edərək yazlb:

“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır.

Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm.

Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.

Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!