Zubirin “Qarabağ”dan tələsik ayrılığı məyusedici oldu.
Onun məhz indi - “Tvente” ilə vacib avrokubok matçlarını oynamadan getməsi komandaya mənfi təsiri göstərə bilər.
Son vaxtlar bəzi qarşılaşmalarda zəif çıxış etməsi gerçəkliyi dəyişmir. Ümid edək, yeni gələnlər niderlanlılarla matçlarda onun mövqeyində boşluğun yaranmasına imkan verməyəcək.
Bildiyimə görə Zubir özü “Qarabağ”dan təmtəraqsız - yəni hər hansı vida oyunu keçirmədən getmək istəyib. Təvazökar və sakit. Halbuki futbolçuya belə bir təklif irəli sürülüb.
Onun karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirmək istəyi isə anlayışla qarşılanmalıdır. Hər halda futbolçu karyerasının sonlarında olan 34 yaşlı oyunçunun daha çox gəlir əldə etməsi istəyi başa düşüləndir.
“Zubirin gedişi yaxşımı oldu, yoxsa bir mövsüm də qala bilərdimi” sualı isə müzakirəyə açıq ola bilər. Amma cavablar nə olursa olsun, bir fakt həqiqəqi dəyişmir:
Zubir Azərbaycana gəlmiş ən yaxşı legionerlərdən biri, “Qarabağ”ın isə həqiqi əfsanələrindən idi…
Aydın Bağırov
(Feysbuk paylaşımı)
