Avrokuboklarda Liqa mərhələsinin bir addımlığında dayanan digər komandamız “Qarabağ”dır.
Düzdür, öyrəşmədyimiz turnirdə - nə Çempionlar Liqası, nə Avroliqasındadırlar.
Konfrans Liqasındadırlar.
Amma avrokuboksuz qalmaqdansa, azı yanvara qədər Konfrans Liqasıının həyəcanını yaşamaq daha yaxşıdır.
Qurban Qurbanovun komandası 8-9 ay əvvəlki komandanın kölgəsini xatırladır. Hələlik, oyun planında, sistemdə, ifaçılarda qüsurlar çoxdur.
Bəxtimiz gətirdi ki, üçüncü tsnifat mərhələsində qarşımıza tarixinin ən zəif dönəmlərindən birini yaşayan “Dinamo Kiyev” çıxdı.
İki dəfə - 1975 və 86-cı illərdə UEFA Kuboklar Kubokunu qazanmış bu klub sonuncu dəfə Bakıya 1987-ci ildə, SSRİ çempionatının güclülər dəstəsinin oyununda “Neftçi” ilə qarşılaşmaq üçün gəlmişdi.
“Neftçi” həmin oyunu 3:1 qazanmışdı. İsgəndər Cavadovun son dəqiqələrdə qapıçı Çanovun üzərindən meydanın mərkəzindən vurduğu aşırma qolu isə 40 ildir gözümün önündən getmir.
39 ildən sonra kiyevlilərin Bakıya növbəti səfəri də onların məğlubiyyəti ilə yekunlaşdı.
“Qarabağ” hər nə qədər ötən mövsümkü formasından uzaq olsa da, Qurban Qurbanonov cavab matçına futbolçularını daha yaxşı motivasiya edə, daha yaxşı hazırlaya bildi.
Qapıda Mateuş Koxalskini yeni transfer Martin Zlomisliçin əəzləməsi sürpriz oldu. Bosniyalı “Qarabağ”dakı ilk rəsmi oyunda azarkeşin rəğbətini qazandı.
Əgər Yankoviçin rəqibə “hədiyyə”sindən sonra Zlomisliç komandasını qoldan xilas etməsəydi, bəlkə də Ağdam klubu üçün bu mövsümlük Avropa macərası bitmişdi.
Digər yeni transfer - birinci qolun müəllifi Jali Muaddib də yaxşı oyun keçirdi. Vurduğu qol komandaya ümid verdi.
İkinci hissədə oyunun ən yaxşılarından olan Elvin Cəfərquliyevin rahat-hulqum ötürməsindın sonra Aleksey Kaşuk topu öz həmvətənlərinin qapısından keçirərək, pley-offa vəsiqə verən qələbəni təmin etdi - 2:0.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
