Qurban Qurbanovdan Ramin Şeydayevə MARAQLI MƏSLƏHƏT

21 İyul 2021 14:00 Qarabağ 1 925
Qurban Qurbanovdan Ramin Şeydayevə MARAQLI MƏSLƏHƏT

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Ramin Şeydayevə maraqlı məsləhət verib.

Təcrübəli mütəxəssis 3 ildən sonra komandaya qaytardığı hücumçunun işinə yanaşmasından razı qalsa da, ona daha çox çalışması lazım gəldiyini bildirib.

«Sabah»dan bura dönən forvardı «Legiya»ya yollanan Mahir Emrelinin yerində görən çalışdırıcı ondan fərdi məşqlərdə qol vuruşları üzərində əmək sərf etməsini istəyib.

Belə ki, Şeydayevin qol duyumunu bərpa eləməsi məqsədi ilə baş məşqçi onun boş qapıya zərbələr vurmasını və bunu gündəlik olaraq təkrar eləməsini tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti