"Qarabağ"ın qapıçısı həkimlərdən elə bir xahiş etdi ki…

23 Aprel 2021 15:00 Qarabağ 1 054
"Qarabağ"ın qapıçısı həkimlərdən elə bir xahiş etdi ki…

«Qarabağ»ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun tibbi personalına müraciət edib.

Sportinfo.az-ıın məlumatına görə, «Səbail»lə qarşılaşmada (1:1) Amil Yunanovla toqquşma nəticəsində ağır zədə alan kiper tezliklə məşqlərə başlamasına icazə istəyib.

Başına 25, üzünə 7 tikiş atılmış «Şah» artıq özünü yaxşı hiss etdiyini və yaşıl sahə üçün darıxdığını söyləyib. Lakin həkimlər ona daha 7-10 gün gözləməyi məsləhət görüb.

Məhəmmədəliyevin diqqətinə çatdırılıb ki, hələ yaraların yeri sağalmayıb və nəzərdə tutulan müddətdən əvvəl məşqlərə başlaması təhlükəlidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM