Qurban Qurbanovu sonuncu dəfə möhkəm dilxor edən…

18 Aprel 2021 18:00 Qarabağ 968
Qurban Qurbanovu sonuncu dəfə möhkəm dilxor edən…

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən, 11 oyunu cari mövsümdə gerçəkləşib.

Digər Xəbərlər
Xəbər Lenti