"Qarabağ"lı legioner nə istəyir?

6 Mart 20:40 Qarabağ 692
"Qarabağ"lı legioner nə istəyir?

“Qarabağ”ın futbolçusu Filip Ozobiç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klubun saytına danışan xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın 18-ci turu çərçivəsində “Qəbələ”ni məğlub etdikləri oyunla (3:0) bağlı fikirlərini bildirib:

“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı.

Çalışmalıyıq ki, yüksələn xətlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım.

İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm.

“Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.

Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi