AFFA “Qarabağ”dan 3000 manat "tutdu" – Bir hərfə görə

23 Fevral 2021 14:00 Qarabağ 736
AFFA “Qarabağ”dan 3000 manat "tutdu" – Bir hərfə görə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

toplantıda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında adının düzgün yazılmaması da müzakirə olunub.

Komitə Premyer Liqanın XVI turunda “Sumqayıt”la qarşılaşmada (0:0) serbiyalı yarımmüdafiəçinin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimələnib.

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız sosial şəbəkədə gündəmə gətirilib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".

Digər Xəbərlər
Xəbər Lenti