Tanınmış türk teleaparıcı "Qarabağ"lını öz klubuna aparır

27 Yanvar 2021 21:20 Qarabağ 1 297
Tanınmış türk teleaparıcı "Qarabağ"lını öz klubuna aparır

"Qarabağ"ın sabiq legoneri Leroy Corc karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu Erediviziiyada çıxış edən "Fortuna"ya keçir.

Surinam əsilli niderlandlı forvardla cari mövsümün sonunadək müqavilə imzalanacaq.

Corc 2013 - 2015-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubuna Niderlandın NEK komandasından transfer olunub.

Qeyd edək ki, hazırda 19 xalla 13-cü pillədə qərarlaşan "Fortuna"nın sahibi türkiyəli tanınmış teleaparıcı, iş adamı Acun Ilıcalıdır.

Digər Xəbərlər
Xəbər Lenti