"Qarabağ"ın hücumçusu: "Yaxşı rəqabət var, asan keçməyəcək"

26 Yanvar 2021 11:40 Qarabağ 559
"Qarabağ"ın hücumçusu: "Yaxşı rəqabət var, asan keçməyəcək"

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Mahir Emreli Premyer Liqanın XIV turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə fikirlərini bölüşüb.

Komandasının qələbə qolunun müəllifi 3 xalı çətinliklə qazandıqlarını söyləyib:

"Həm fasilədən sonra ilk rəsmi oyun idi, həm də hava şəraiti əlverişli deyildi. İlk hissədə qol vursaq da, öz oyunumuzu göstərə bilmirdik.

İkinci yarıda qol buraxmağımıza baxmayaraq, topa daha çox sahib olduq, hücumlar qurduq. Qol epizodlarımız oldu, şükürlər olsun, sonda istədiyimiz qolu vura bildik.

"Sabah" axırıncı yerdə olsa da, ciddi müqavimət göstərdi. Bu da ondan xəbər verir ki, çempionatda yaxşı rəqabət var və mövsüm asan keçməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti