Azərbaycan çempionatında KÜTLƏVİ DAVA düşdü, döyülənlər var - 12 "qırmızı"!

23 Fevral 2020 13:00 Qalmaqal 1 333
Azərbaycan çempionatında KÜTLƏVİ DAVA düşdü, döyülənlər var - 12 "qırmızı"!

AFFA-nın təşkil etdiyi U-15 liqasında ciddi qalmaqal baş verib.

Sportinfo.az-ın məlumatına görə, olay «Qarabağ» - «Sabah» matçından sonra yaşanıb.

«Sərhədçi»də keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Lakin hakimlərin idarəçiliyi komandaları razı salmayıb.

Referi final fitini səsləndirən kimi meydançada kütləvi dava-dalaş düşüb. Nəticədə 12 futbolçuya qırmızı vərəqə göstərilib. İnsident zamanı xəsarət alan oyunçuların bir neçəsi xəstəxanaya yerləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti