"Neftçi" ilə bağlı suala cavab verməyəcəm" - DARİO FREDERİKO

15 Yanvar 2020 19:43 Qalmaqal 1 134
"Neftçi" ilə bağlı suala cavab verməyəcəm" - DARİO FREDERİKO

Xəbər verdiyimiz kimi, "Neftçi"nin legioneri Dario Frederiko Antalya səfəri öncəsi Roberto Bordinlə ciddi problem yaşayıb. Cənubi amerikalı ona irad tutan baş məşqçini kollektivin gözü qarşısında təhqir edib. İtaliyalı çalışdırıcını söyən braziliyalı rəhbərlik tərəfindən əvəzedici heyətə göndərilməklə yanaşı, cərimələnib.

Bu gün əvəzedici komandanın heyətində "Qaradağ Lökbatan"a qarşı yoxlama oyununda meydana çıxan və qol vuran vinger İsrail və ərəb klubları ilə danışıq aparır.

Həm Bordinlə yaşadığı insident, həm də komandadakı gələcəyi haqda məlumat almaq üçün Darionun özü ilə əlaqə saxladıq. 28 yaşlı futbolçu nə qalmaqala, nə də klubdakı durumuna şərh vermək istəmədi. O, Sportinfo.az-a açıqlamasında yalnız bunları dedi:

"Bu, mənim şəxsi nömrəmdir. Yalnız dostlarım, yaxınlarımla əlaqə saxlamaq üçündür. Ümumiyyətlə, "Neftçi" ilə bağlı heç bir suala cavab verməyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti