ŞOK! Bu klub növbəti mövsüm Premyer Liqaya buraxılmaya bilər

23 Fevral 22:20 Qalmaqal 5 563
ŞOK! Bu klub növbəti mövsüm Premyer Liqaya buraxılmaya bilər

Ötən ilin sonu AFFA Apellyasiya Arbitraj Tribunalı "Səbail"in sabiq futbolçusu Tural Bayramlıya 70 min manat kompensasiya ödəməli olması barədə qərar çıxarmışdı.

"Səbail" hələ də sabiq futbolçusuna həmin məbləği ödəməyib.

Bu barədə yarımmüdafiəçinin hüquqlarını qoruyan ”Hasanli Sport Law Center” şirkətinin rəhbəri Elcan Həsənli Sportinfo.az-a açıqlamasında deyib.

Tanınmış vəkil məsələ ilə bağlı son durumu ətraflı şərh edərkən bunları dilə gətirib:

"Tural Bayramlı məsələsi ilə bağlı AFFA-nın Appelyasiya Arbitiraj Tribunalı tərəfindən 26 dekabr qərar çıxarılıb. Bu ilin 30 yanvar tarixində isə həmin qərar tərəflərə təqdim edildi.

Bundan sonra "Səbail" CAS-a şikayət verə bilərdi. Bunun üçün ayrılan 21 günlük müddət 20 fevral bitdi. Hələ də klubun şikayəti ilə bağlı bizə hər hansı məlumat gəlməyib.

Biz də dərhal qərarın icrasını tələb etməyə başladıq. Appelyasiya Arbitiraj Tribunalına müraciət ünvanladıq. Bizə bildirildi ki, bu məsələyə biz baxmırıq. Bizə AFFA-ya müraciət etməli olduğumuz deyildi.

AFFA-nın nizamnaməsində isə ciddi boşluq var. Qərarın icrası mexanizmi federasiyanın heç bir reqlamentində yoxdur.

Bu da futbolçuların hüquqlarını birbaşa pozur. Və klublar bundan sui istifadə edərək gecikmiş ödəmələri ödəməkdən yayınırlar.

Qüvvəyə minən qanunu icra etməkdən boyun qaçırırlar. Bilirlər ki, onlar barədə tədbir görmək üçün hər hansı mexanizm yoxdur.

Biz AFFA-nın baş katibi Sərxan Hacıyevə də müraciət edəcəyik ki, futbolçunun pozulmuş hüquqları bərpa olunsun.

Eyni zamanda AFFA-nın lisenziyalaşdırma şöbəsinə də məlumat verdik ki, klub oyunçu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmir. Və bu halda qanun tələb edir ki, 2024/25 mövsümündə "Səbail" klubuna lisenziya verilməsin.

Bizim artıq başqa yolumuz yoxdur.

Əgər AFFA üzərinə düşən öhdəliyi yerinə yetirməsə, biz FİFA-ya müraciət etməli olacağıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"