COP29

Azərbaycanda legionerin ayağı sındırana ağır cəza verildi - VİDEO

6 Dekabr 2023 20:20 Qalmaqal 534
Azərbaycanda legionerin ayağı sındırana ağır cəza verildi - VİDEO

AFFA İntizam Komitəsi "Lerik"in futbolçusu Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəza verib.

Sportinfo.az xəbər verir ki, buna onun "Sumqayıt"la Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında rəqib oyunçu Kristian Velinovskiyə qarşı etdiyi kobudluq səbəb olub.

Ağazadə birbaşa qırmızı vərəqə alıb. Hadisə nəticəsində Şimali Makedoniyadan olan futbolçu əmək qabiliyyətini bir neçə ay itirib.

PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsasən, Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.

Matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək. Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"