Gəncədən QALMAQALLI VİDEO: Emosiyalar qızışdı, futbolçular kəllə-kəlləyə gəldi

13 Noyabr 2022 15:20 Qalmaqal 601
Gəncədən QALMAQALLI VİDEO: Emosiyalar qızışdı, futbolçular kəllə-kəlləyə gəldi

Premyer Liqanın 14-cü turu çərçivəsində "Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edir.

Prinsipial qarşılaşmanın 25-ci dəqiqəsində stadionda gərginlik yaşanıb.

Tural Axundovun Ehtiram Şahverdiyevə kobudluğundan sonra ikinci yerdə qalıb. Ehtiram ayağa qalxanda yerli azarkeşlər qonaq futbolçunu fitə basıb.

Ehtiramın tribunlara etiraz etməsi gəncəli fanatları özündən çıxarıb. Həmin an Tural Axundov Ehtirama yaxınlaşıb ona iradını bildirəndə bu dəfə sözügedən futbolçular kəllə-kəlləyə gəlib.

Kiçik münaqişənin ciddi insidentə səbəb olmasının qarşısını "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovla ehtiyatda qalan futbolçular alıb.

Turalla Ehtiram əl sıxıb üzrxahlıq edəndən sonra Rəşad Əhmədov oyunu davam etdirib.

HƏBİB / SPORTİNFO.AZ

Ad - 00:18 VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti