ŞOK İDDİA: "Futboldan xəbəri yoxdur, dörd ildir klubu "yeyib-dağıdır" - VİDEO

15 Oktyabr 2022 11:00 Qalmaqal 1 488
ŞOK İDDİA: "Futboldan xəbəri yoxdur, dörd ildir klubu "yeyib-dağıdır" - VİDEO

Veteran futbolçumuz Maşallah Əhmədov "ARB 24" telekanalında yayımlanan "Oyundankənar" verilişində qonaq olub.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı futbol adamı Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Neftçi" matçı haqda danışarkən Gəncə təmsilçisinin durumundan söz açıb.

O, hazırda hökm sürən vəziyyətə görə klub rəhbərliyini günahlandırıb:

"Gəncədə anadan olmuşam, futbolun sirrlərinə orada yiyələnmişəm, bu şəhərin komandasında oynamışam. Daha sonra isə məni Bakıya yola salıblar və “Neftçi”də çıxış etmişəm.

Bu iki komanda mənimdi, o birilər bizim. Gəncə üçün canımı da verərəm. “Kəpəz”in bu durumda olması mənə çox pis təsir edir. Bunu isə futbolçular yox, klub rəhbərliyi edir.

Bu klubda Mehman Allahverdiyev, Maşallah Əhmədov, Asif Əliyev, Nurəddin Əliyev, Mübariz Hüseynov kimi adamlar rəhbər şəxs olmalıdı.

Çünki həmin klubun tarixində yer alan insanlar var, onlar sağdır, yaşayırlar. Onlar ola-ola hazırda çayxanada işləyəni, futboldan bixəbəri- İlqar Nadirlini icraçı direktor vəzifəsinə təyin etdilər.

Mən bu yaxınlarda Gəncə Şəhər İcra hakimiyyətinin rəhbəri Niyazi müəllimlə görüşdüm, ona Müşahidə Şurasının sədri olmaq istədiyimi bildirdim.

Söylədim ki, Bakıda yaşasam da, gəlim klubdakı vəziyyəti düzəldim. Ətrafımda da futbol adamları olacaq. Görürsüz, “Qarabağ”ı, Qurban Qurbanovu, yanındakıların hamısı futbol adamlarıdı, artıq-əskik söhbət ola bilməz orada.

İcra hakimi ilə söhbət zamanı isə İlqar Nadirli qayıtdı ki, bəlkə Müşahidə Şurasının üzvü kimi gələsiniz. Mən sovet vaxtında ən güclü 33 futbolçu sırasında olmuşam, bu, kimdən danışır?

Dörd ildir ki, “Kəpəz”dədi, “yeyib-dağıdır”, futboldan xəbərsizdi, özünə artıq akademiyada kabinet də seçib. Bu, “iqruşka” deyil, futboldur".

63 yaşlı futbol adamı "Kəpəz"də rəhbər vəzifədə işləmək istəməsi ilə bağlı danışarkən, ulduz olduğunu və heç kimdən qorxmadığını söyləyib:

"Kəpəz"in hazırkı nəticələrində baş məşqçinin günahı yoxdu, günahkar klub rəhbərliyidi. Klub rəhbəri futbol adamı olmalıdı. Elxan Məmmədova da demişəm.

İlqar Nadirli mənə reaksiya vermişdi ki, "Elxan müəllim burada olanda niyə demirdiniz bunu?”. Mənim nə Elxan Məmmədovdan, nə də başqasından qorxum var.

Hamısına hörmətlə yanaşıram. Mən ulduz olmuşam, futboldan başım çıxır, heç kim burada məni aldada bilməz.

Dediyim kimi, “Kəpəz”in toparlanması çətindi. Doğrudu, Tərlan Əhmədovun yanındakıları hamısı futbolçudu. Ancaq rəhbər şəxs futbol adamı deyil.

Təsəvvür edin, mən güləşdə işləyirəm. Premyer Liqa və birinci divizionda çıxış edən klublar gərək “Qarabağ” kimi oynasın.

“Turan Tovuz”u görürsüz də, Oqtay Abdullayev rəhbərdi, Nadir Nəbiyev futbol adamıdı,

Ayxan Abbasovu da baş məşqçi postuna gətirdilər. Çox kiçik büdcə ilə böyük işlər görürlər. Belə etmək lazımdı”.

Digər Xəbərlər
Xəbər Lenti