Premyer Liqa klubu ilə yenicə anlaşan baş məşqçi TƏHDİD OLUNDU!

2 Sentyabr 2024 13:00 Qalmaqal 1 938
Premyer Liqa klubu ilə yenicə anlaşan baş məşqçi TƏHDİD OLUNDU!

«Kəpəz»in yeni baş məşqçisi Azər Bağırov hələ işə start verməmiş ciddi problemlə üzləşib.

Gəncə təmsilçisi ilə 2 illik müqaviləyə imzalayan mütəxəssis artıq təhdidə məruz qalıb.

Müxtəlif şəxslər mobil telefon nömrəsinə zəng vuraraq, klubdan çıxıb getməsini tələb ediblər.

Bildiriblər ki, «Kəpəz»lə münasibətlərinə son qoymasa, onu yaxşı heç nə gözləmir. Xəbərdarlıq eləyiblər ki, tezliklə əleyhinə kampaniya başlayacaq.

Eyni tipli mesajlar Bağırovun işlətdiyi sosial şəbəkə hesablarına da göndərilib.

«Feysbuk» və «instagram» profillərinə «hücum çəkənlər» «Pro» kateqoriyalı çalışdırıcıya tənqidlər, hətta təhqirlər yağdırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM