Azərbaycan millisi Bakıda 0:5 hesabı ilə uduzdu

13 İyul 2024 00:40 Qadın futbolu 633
Azərbaycan millisi Bakıda 0:5 hesabı ilə uduzdu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda Macarıstanla qarşılaşıb.

Görüş rəqibin 5:0 qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.

Azərbaycan komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

Azərbaycan - Macarıstan - 0:5
Baş hakim:
Jelena Pejkoviç
Liv Bona Dea Arena

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?